DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
ABŞ MALİYYƏ NAZİRİNDƏN AÇIQLAMA
ABŞ-ın qurulmasının 250 illiyi münasibətilə prezident Donald Tramp və maliyyə naziri Skott Bessentin imzaları dolların üzərində əks olunacaq. Bu barədə ölkənin maliyyə naziri Skott Bessent bildirib ki, böyük ölkəmizin və prezident Donald Trampın tarixi nailiyyətlərini anmaq üçün onun adını daşıyan ABŞ dollarını buraxmaqdan daha təsirli bir yol yoxdur. Bessent qeyd edib ki, Trampın imzasının ABŞ valyutasına həkk olunması nəinki uyğun, həm də layiqdir. Çünki onun ölkənin iqtisadi dirçəlişinin qızıl dövrünün memarı kimi tarixə verdiyi töhfə nəzərə alınmalıdır.




