DUBAY VƏ DOHADA PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİB
TİCARƏT LİMANLARINDA XƏSARƏT ALANLAR VAR
Yaxın Şərqdə pilotsuz uçuş aparatları ilə bağlı ardıcıl insidentlər qeydə alınıb. Məlumata görə, Omanın Duqm ticarət limanı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində bir xarici ölkə vətəndaşı olan işçi xəsarət alıb. Digər PUA-nın qalıqları isə yanacaq anbarlarının yerləşdiyi əraziyə düşüb. Bu barədə Oman Dövlət Xəbər Agentliyi məlumat yayıb. Eyni zamanda, Dubayda pilotsuz uçuş aparatı hücumu nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Dubayın mətbuat ofisinin məlumatına əsasən, xəsarətlər PUA qalıqlarının yerə düşməsi ilə əlaqədardır.




