DUBAYDA DÜNYANIN İLK QIZIL KÜÇƏSİ SALINACAQ
BƏƏ QİYMƏTLİ METAL TİCARƏTİNƏ GÖRƏ İKİNCİ YERDƏDİR
Dubayda dünyada ilk dəfə qızıl döşənən küçə salınacaq . “Euronews Travel” xəbər verir ki, küçə Dubayın yeni Qızıl rayonunun tərkib hissəsi olacaq. Layihəni həyata keçirən şirkət qızılın tikintidə necə istifadə olunacağı və küçənin açılış tarixi barədə hələlik ətraflı məlumat verməyib. Qeyd edək ki, Qızıl rayonu hazırkı Qızıl bazarının rebrendinqidir və orada təxminən 1000-ə yaxın zərgərlik və qızıl satışı mərkəzləri fəaliyyət göstərir. Dubay Media Ofisinin məlumatına görə, BƏƏ fiziki qızıl ticarətinə görə dünyada ikinci yerdədir. Ölkə 2024–2025-ci illərdə 53,41 milyard dollar dəyərində qızıl ixrac edib.




