DÜNYA ENERJİ BAZARINDA HƏYƏCAN
DÜNYA ENERJİ BAZARINDA HƏYƏCAN
HÖRMÜZ BOĞAZINDA MİNALAR YERLƏŞDİRİLDİ
İran Hörmüz boğazında onlarla mina yerləşdirib. Bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, bu addım dünya neft və mayeləşdirilmiş təbii qaz daşımaları üçün mühüm marşrut hesab olunan dar su yolunun yenidən açılmasını çətinləşdirə bilər. Qeyd olunur ki, ABŞ və İsrailin 12 gün əvvəl başlatdığı müharibə səbəbindən İran sahilləri boyunca yerləşən bu strateji keçid vasitəsilə neft və mayeləşdirilmiş təbii qaz ixracı faktiki olaraq dayanıb. Bu vəziyyət dünya enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Mənbələrdən birində qeyd edilib ki, yerləşdirilən minaların əksəriyyətinin dəqiq yerləri məlumdur, lakin ABŞ-ın onlarla necə mübarizə aparacağı barədə məlumat verilməyib.




