DÜNYADA ƏMƏK HAQQI MƏNZƏRƏSİ
ƏN YÜKSƏK MAAŞ HANSI ÖLKƏLƏRDƏ VERİLİB?
2025-ci ildə dünya üzrə əməkhaqqı artımları orta hesabla 4,5% təşkil edib. İqtisadiyyat.az-ın araşdırmasına əsasən, ən yüksək artım Yaxın Şərq və Afrika regionunda qeydə alınıb- 5,6%. Avropada isə əməkhaqqı artımı 4,1% səviyyəsində olub.Sektorlar üzrə təhlil göstərir ki, dünyada ən yüksək əməkhaqqı maliyyə və sığorta, enerji, mədənçilik, informasiya texnologiyaları, pərakəndə satış və təhsil sahələrində təklif olunur. Tikinti sektoru isə qlobal miqyasda hələ də ən aşağı maaşlı sahələr arasında qalır. Ekspertlər bildirir ki, qlobal əmək bazarına təsir edən digər mühüm amillər sırasında Rusiya–Ukrayna müharibəsi, Tramp administrasiyasının tarif siyasəti, ABŞ–Çin strateji rəqabəti, Yaxın Şərqdə davam edən gərginlik və Çinin iqtisadi artım tempinin zəifləməsi xüsusi yer tutur. Bu risklər enerji böhranlarını gücləndirərək istehsal və logistika xərclərini artırıb. Araşdırmalara əsasən, QRAFİKA: 2025-ci ildə dünyanın ən yüksək əməkhaqqı verən ölkələri yenə də İsveçrə və Lüksemburq olub. İsveçrədə aylıq orta əməkhaqqı 8218 dollar, Lüksemburqda isə 6740 dollar səviyyəsində qeydə alınıb.ABŞ-də isə aylıq orta maaş 6562 dollar olub. Digər ölkərə gəlincə …
İslandiya – 6548 dollar
Norveç – 5772 dollar
Danimarka – 5749 dollar
Kanada – 5188 dollar
İrlandiya – 4729 dollar




