Dünyanın ən gəlirli şirkətləri – REYTİNQ
Ötən il üçün dünyanın ən gəlirli şirkətlərinin reytinqi açıqlanıb.
Ötən il Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” 247,4 milyard dollardan çox gəlir əldə edərək lider olub.
Dünyanın ən gəlirli şirkətləri siyahısını “Apple”, “Berkshire Hathaway”, “Microsoft” və “Alphabet” tamamlayıb.
Araşdırmalara görə, ötən il dünyanın ən gəlirli şirkətləri bunlar olub:
Saudi Aramco 247,4 milyard dollar
Apple 114,3 milyard dollar
Berkshire Hathaway 100,3 milyard dollar
Microsoft 95 milyard dollar
Alphabet 78,7 milyard dollar
Gazprom 76,7 milyard dollar
JP Morgan Chase 63,5 milyard dollar
Exxon Mobil 61 milyard dollar
ICBC 58,8 milyard dollar
China Construction Bank 55,3 milyard dollar




