DÜNYANIN 163 ÖLKƏSİNDƏN 337 MİN TURİST
AZƏRBAYCANA GƏLƏNLƏRİN SAYI NİYƏ AZALDI?
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır.Dövlət Sərhəd Xidmətinin məlumatına görə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 26,4% ,MDB ölkələrindən gələnlərin sayı 3,4% artıb.Körfəz ölkələrindən gələnlərin sayı 11% azalıb.Körfəz ölkələrindən gələn turistlərin azalmasına səbəb fevralın sonundan ABŞ və İsrailin İrana hücumları, İranın əks-hücumları və körfəz ölkələrinə uçuşların dayandırılmasıdır.
Eyni zamanda, Dubayda hotel qiymətləri 70% ucuzlaşıb.




