DÜNYANIN DİQQƏTİ İSLAMABADDA
ABŞ VƏ İRAN ARASINDA HƏLLEDİCİ DANIŞIQLAR BAŞLADI
Dünyanın diqqəti Pakistanın paytaxtı İslamabada yönəlib. ABŞ və İran arasında həlledici danışıqlar başlayıb. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti artıq Pakistanın paytaxtındadır. Heyətə xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian olmaqla ümumlikdə 80-dən çox şəxs daxildir. ABŞ nümayəndə heyəti də İslamabada gedib. ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin rəhbərlik etdiyi heyətə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir. Qeyd edək ki, danışıqlardan əvvəl tərəflər arasında “ilkin şərtlər” savaşı başlayıb.İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ razılaşdırılmış iki mühüm bəndi – Livanda atəşkəsi və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasını hələ də yerinə yetirməyib. Qalibafın sözlərinə görə, bu şərtlər icra olunmadan rəsmi müzakirələrin başlanması sual altındadır.




