DÜNYANIN ƏN DAR EVİ
DÜNYANIN ƏN DAR EVİ
PERUDA CƏMİ 63 SM ENİNDƏ YAŞAYIŞ SAHƏSİ TİKİLİB
Perunun Aukallama şəhərində dizayner Fabio Moreno tərəfindən inşa edilən qeyri-adi ev dünya mediasının diqqət mərkəzinə düşüb. Cəmi 63 santimetr eni olan bu tikili, insanın minimum sahədə maksimum rahatlıq tapa biləcəyini sübut etmək məqsədilə yaradılıb.İnanılmaz dərəcədə dar olmasına baxmayaraq, Fabio Morenonun evi tam funksional yaşayış sahəsidir. Binada vanna otağı, mətbəx, yataq otağı, dəhliz, camaşırxana, iki pilləkən və hətta iş kabineti yerləşir. Layihə müəllifi bildirib ki, bu tikili ilə xoşbəxtliyin evin ölçüsündən deyil, məkanın nə dərəcədə səmərəli istifadə edilməsindən asılı olduğunu göstərmək istəyir.




