DÜNYANIN ƏN UZUN ŞOKOLAD HEYKƏLİ
DÜNYANIN ƏN UZUN ŞOKOLAD HEYKƏLİ
55 METRLİK ŞİRİN “PARAVOZ ” REKORD QIRDI
Maltalı şokoladçı Endryu Farrucia və komandası yarım illik gərgin əməyin nəticəsində dünyanın ən uzun şokolad heykəlini — 55 metr uzunluğunda və 3,6 ton çəkisində olan buxarlı parovozu ərsəyə gətiriblər. Cəmi 22 vaqondan və 5000-dən çox incə detaldan ibarət olan bu nəhəng kompozisiya Ginnesin Rekordlar Kitabına rəsmən daxil edilib. Lakin bu şirin sənət əsərinin dadına baxmaq heç kimə qismət olmayıb. Sərgiləndiyi müddətdə istifadə müddəti keçən və xarab olan şokolad kütləsi rekord qeydə alındıqdan sonra əridilib. Həmin tonlarla şokolad gənc şirniyyatçıların təlimləri və şokolad üzərində oyma məşqləri üçün material kimi istifadə ediləcək.




