DÜNYANIN ƏN VARLI ŞƏHƏRLƏRİ
2025-Cİ İLİN LİDERİ YENƏ NYU-YORKDUR
2025-ci ildə Nyu-York dünyanın ən varlı şəhəri statusunu qorumağa davam edib. Şəhərdə yaşayan milyonçuların sayı 384 min 500 nəfərə çatıb. Henley & Partners-in 2025-ci il üzrə açıqladığı reytinqə əsasən, ABŞ-ın Körfəz Bölgəsi liderə çox yaxın mövqedə qərarlaşıb. Son 10 ildə milyonçu sayında 98 faiz artım qeydə alınan regionda hazırda 342 min 400 milyonçu yaşayır. Ekspertlər bu sürətli artımı texnologiya sektorunun güclənməsi və vençur investisiyalarının artması ilə əlaqələndirirlər. Bir vaxtlar ilk üçlükdə yer alan London isə mövqelərini itirib. Şəhərdə milyonçuların sayı 12 faiz azalaraq Londonun reytinqdə 6-cı yerə geriləməsinə səbəb olub. Asiyada Sinqapur, Yaxın Şərqdə isə Dubay yüksələn ulduzlar kimi diqqət çəkir. Hər iki şəhər investorlar üçün əlverişli mühit, vergi üstünlükləri və stabil iqtisadi siyasət sayəsində ultra-zənginlərin əsas məskunlaşma məkanlarından birinə çevrilib.




