Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.52$2.89%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

200 milyon manatlıq dövlət istiqrazları satışa çıxarılır: İllik gəlirlilik 7% təşkil edəcək

Biznes TV1 min read
Share
200 milyon manatlıq dövlət istiqrazları satışa çıxarılır: İllik gəlirlilik 7% təşkil edəcək

Maliyyə Nazirliyi 200 milyon manat həcmində 3 illik dövlət istiqrazlarını hərraca çıxaracaq. Marja xəbər verir ki, hərrac 1 sentyabr 2026-cı ildə keçiriləcək.İstiqrazların nominal dəyəri 100 manat, tədavül müddəti 1 080 gün, illik faiz dərəcəsi isə 7% olacaq.Faiz ödənişləri 6 dəfə – 2027-2029-cu illərdə hər ilin 1 mart və 1 sentyabr tarixlərində həyata keçiriləcək. İstiqrazların ödəniş tarixi 1 sentyabr 2029-cu ildir.Buraxılış tam həcmdə yerləşdirilərsə, investorlar 3 il ərzində ümumilikdə 42 milyon manat faiz gəliri əldə edə bilərlər. Hər 6 aylıq ödəniş təxminən 7 milyon manat olacaq. Tələb yüksək olarsa, istiqrazların həcmi 400 milyon manata qədər artırıla bilər.Hərracda qeyri-rəqabətli sifarişlərin payı buraxılışın 20%-ni keçməməlidir. Sifarişlərin ümumi həcmi təklif olunan istiqrazların 20%-indən az olarsa, Maliyyə Nazirliyi həmin sifarişləri qəbul etməyə bilər.

pulməbləğbazarbiznes