Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent109.00$7.70%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
World

3 SAATLIQ YOL Aİ-NİN DİQQƏTİNİ ÇƏKDİ

Biznes TV2 min read
Share
3 SAATLIQ YOL Aİ-NİN DİQQƏTİNİ ÇƏKDİ

3 SAATLIQ YOL Aİ-NİN DİQQƏTİNİ ÇƏKDİ NAXÇIVAN DƏMİR YOLU BƏRPA OLUNACAQ?

Avropa İttifaqı Naxçıvanda dəmir yolu infrastrukturunun bərpasını Azərbaycandakı əsas investisiya layihələrindən biri kimi nəzərdən keçirir. “Report”xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov brifinq zamanı bildirib.

Onun sözlərinə görə, vaxtilə Bakıdan, Xəzər dənizi sahilindən Qara dənizə qədər bağlantını təmin etmiş bu dəmir yolu xətti uzun müddət baxımsız vəziyyətdə qalmışdı.O bildirib ki, bu yaxınlarda Naxçıvana səfər edib və bir qrup ekspertlə birlikdə Culfa-Naxçıvan marşrutu üzrə dəmir yolu hissəsinə baxış keçirib.Təxminən 20 kilometr yolu qət etmək üçün üç saata yaxın vaxt lazım oldu”, – deyə o qeyd edib.Aİ nümayəndəsinin sözlərinə görə, mütəxəssislər hazırda xəttin texniki vəziyyətini, tələb olunan investisiyaların həcmini, mümkün bərpa mexanizmlərini və layihənin təxmini dəyərini təhlil edirlər.Naxçıvan dəmir yolunun bərpası layihəsi milli əhəmiyyət daşıyır və prioritet investisiya istiqamətlərindən biri kimi nəzərdən keçirilir. İlkin qiymətləndirmələrə görə, layihənin dəyərinin təxminən 1 milyard ABŞ dolları ətrafında ola biləcəyi ehtimal olunur.

ainaxçıvanqlobalxəbərləryol

Related stories

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR
World

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR4 MİN NƏFƏR DEPORTASİYA OLUNACAQ 2026-cı ildə Gürcüstandan ən azı 4 min qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Gürcüstanda təqribən 20 min qanunsuz miqrant olub. “Son bir il ərzində Gürcüstandan son 10 illə müqayisədə daha çox qanunsuz miqrant çıxarılıb. […]

1 min read
MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?
World

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?İRANIN SABİQ PREZİDENTDİ İLƏ BAĞLI QALMAQALLI İDDİA İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. Bu barədə “The New York Times“da dərc olunan yazıda bildirilib. Qeyd olunub ki, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la görüş keçirib. Anonim ABŞ rəsmiləri hətta […]

2 min read
XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR
World

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR24 AY KEÇİD DÖVRÜ NƏZƏRDƏ TUTULUR Qeyri-qida istehlak malları ilə bağlı idxal nəzarət mexanizmi yaradılır. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən ölkəyə gətirilən malların uyğunluq sertifikatı və bəyannaməsi, eyni zamanda tanınmış xarici mənşəli uyğunluq sənədlərlə müşayiət olunmalıdır. Bununla ölkəyə gətirilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər […]

2 min read
“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR
World

“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR

“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİRSATIŞLAR DÜŞDÜ, MİNLƏRLƏ İŞÇİ İXTİSAR EDİLƏCƏK Almaniyanın avtomobil sənayesində müşahidə olunan geriləmə lüks avtomobil istehsalçısı Porschenin xərcləri azaltmasına səbəb olub.Şirkət əlavə 4 min iş yerinin ixtisarını planlaşdırır.Fed.az xəbər verir ki,2026-cı ilin ilk altı ayında Porsche-nin satışları demək olar ki, bütün əsas bazarlarda azalıb.Rəhbərlik satışların azalmasını daxiliyanma mühərrikli 718 modelinin istehsalının dayandırılması, ötən il […]

2 min read