Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent107.27$5.99%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
World

500 MİLYONLUQ QƏNAƏT PLANI, KÜTLƏVİ

Biznes TV2 min read
Share
500 MİLYONLUQ QƏNAƏT PLANI, KÜTLƏVİ

500 MİLYONLUQ QƏNAƏT PLANI, KÜTLƏVİ İXTİSAR BBC-DƏ VERİLİŞLƏR BAĞLANIR, YÜZLƏRLƏ ƏMƏKDAŞ İŞDƏN ÇIXARILACAQ

BBC 500 milyon funt-sterlinqlik qənaət planı çərçivəsində ilkin mərhələdə 550 əməkdaşının işinə son verəcəyini açıqlayıb. Qurum üzrə ümumilikdə 1 800–2000 nəfərlik işçi ixtisarının nəzərdə tutulduğu bildirilir.Marja xəbər verir ki, əməkdaşlara göndərilən elektron məktubda ixtisarların xəbər bölməsini, Şotlandiya, Uels və Şimali İrlandiya üzrə yayımları, həmçinin televiziya və radio kontent komandaları əhatə edəcəyi bildirilib. Bir sıra verilişlərin bağlanacağını və ixtisarların olacağı açıqlanıb.Qənaət tədbirləri nəticəsində təxminən 200 nəfərin işini itirəcəyi, ümumilikdə isə 25 milyon funt sterlinq qənaət ediləcəyi vurğulanıb.BBC həmçinin ümumi işçi sayında 1800–2000 nəfərlik azalma planlaşdırır və rəhbər vəzifələrdə də ixtisarlar nəzərdə tutulur.Təxminən 21 min 500 tamştatlı əməkdaşı olan BBC gəlirlərinin böyük hissəsini televiziya lisenziya haqlarından əldə edir. Lakin son illərdə lisenziya sahibi şəxslərin sayının azalması qurumun gəlirləri üzərində təzyiq yaradır.