Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.76$2.67%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

ABŞ-DƏ İNFLYASİYA SON 3 İLİN MAKSİMUMUNA ÇATDI

Biznes TV2 min read
Share
ABŞ-DƏ İNFLYASİYA SON 3 İLİN MAKSİMUMUNA ÇATDI

ABŞ-DƏ İNFLYASİYA SON 3 İLİN MAKSİMUMUNA ÇATDI NEFT VƏ QAZIN KƏSKİN BAHALAŞACAĞI PROQNOZU VERİLDİ

2026-cı ilin aprel ayında Amerika Birləşmiş Ştatlarında inflyasiya tempi 3.8% səviyyəsində qeydə alınıb. Bu, təxminən son üç ilin ən yüksək göstəricisidir.ABŞ Əmək Nazirliyinin ixtisaslaşmış bölməsinin hesabatına əsasən, göstəricinin 3.8%-ə yüksəlməsi ilk növbədə energetika sektorundakı artımla, eləcə də ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatların fəsadları ilə əlaqələndirilir.

Nazirliyin məlumatına görə, aprel ayında ABŞ-də benzinin qiyməti 5.4%, ümumi enerji daşıyıcılarının qiyməti isə 3.8% bahalaşıb.Beynəlxalq Valyuta Fondu hələ martın 30-da xəbərdarlıq etmişdi ki, regiondakı hərbi əməliyyatlar qlobal miqyasda qiymət artımına və iqtisadi artımın ləngiməsinə səbəb olacaq. Təşkilatın açıqlamasında bildirilir ki, davamlı münaqişə neft və qazın kəskin bahalaşması ilə nəticələnə bilər. Bu isə enerji idxalından asılı ölkələr üçün ciddi iqtisadi çətinliklər yaradacaq.

abşinflasiyaiqtisadiyyatqlobalxəbərlər

Related stories

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
Economy

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 min read
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Economy

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 min read