ABŞ ÜST-DƏN RƏSMİ ŞƏKİLDƏ ÇIXDI

ABŞ ÜST-DƏN RƏSMİ ŞƏKİLDƏ ÇIXDI TƏŞKİLATA 260 MİLYON DOLLAR BORCU VAR
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmi şəkildə çıxıb və təşkilat qarşısında olan 260 milyon dollar məbləğində borcu ödəməyib. Məlumata görə, borc əvvəlki illər üzrə məcburi üzvlük haqlarından formalaşıb. ABŞ-nin ÜST-dən çıxması təşkilatın əsas donorlarından birini itirməsi deməkdir və bu, qlobal səhiyyə proqramlarının maliyyələşdirilməsinə təsir göstərə bilər.





