Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.95280.00%Brent99.29$5.28%Qızıl7,423.930.00%TRY/AZN0.03480.00%Uçot dərəcəsi7.25%0.00%
World

ADNAN ƏHMƏDZADƏ 1 İLDİR HƏBSDƏDİR

Biznes TV1 min read
Share
ADNAN ƏHMƏDZADƏ 1 İLDİR HƏBSDƏDİR

Vitse-prezident müavinliyindən dəmir barmaqlıqlar arxasına. Məşhur iş adamı Adnan Əhmədzadənin həbs edilməsindən 1 il ötüb.“Qafqazinfo”nun məlumatına görə, Əhmədzadə ötən ilin sentyabrında iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə ittihamları ilə həbs edilib.Onun barəsində əvvəlcə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs müddəti bir neçə dəfə uzadılıb. Hazırda ibtidai istintaq davam edir. Qeyd edək ki, Əhmədzadə əvvəllər SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsində çalışıb. O, biznes fəaliyyəti və dünya şöhrətli futbolçular- Ronaldinyo, Messi və Suarez kimi ulduz futbolçularla olan əlaqələrinə görə də tanınıb.Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova isə onun həbsindən sonra ölkəni tərk edib.

messifutbolneftoliqarxpuldollarhəbssuarez