Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.95280.00%Brent99.29$5.28%Qızıl7,423.930.00%TRY/AZN0.03480.00%Uçot dərəcəsi7.25%0.00%
Regions

AĞDƏRƏDƏ “YAŞIL ENERJİ” DÖVRÜ

Biznes TV1 min read
Share
AĞDƏRƏDƏ “YAŞIL ENERJİ” DÖVRÜ

“AzərEnerji” Tərtərçay üzərində ümumi gücü 15 meqavat olan “Çardaqlı-1” və “Çardaqlı-2” su elektrik stansiyaları tikir. Eyni zamanda, 10,4 meqavatlıq “Həsənriz” SES və 110/35/10 kilovoltluq “Həsənriz” yarımstansiyası yenidən qurulur. Kəlbəcərdən Həsənrizədək 42 kilometr uzunluğunda 110 kilovoltluq ikidövrəli ötürmə xəttinin çəkilməsi ilə Qarabağda dairəvi enerji təchizatı sxemi yaradılıb. Ağdərədə 14,7 meqavat gücündə “Qozlukörpü” SES də artıq istifadəyə verilib. Layihələr regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə və Ağdərənin Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilməsinə xidmət edir.

enerjiağdərəqozlukörpü