Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97630.00%Brent99.24$1.35%Qızıl7,541.610.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
World

Aİ UKRAYNAYA 90 MİLYARD AVRO YARDIM EDƏCƏK

Biznes TV2 min read
Share
Aİ UKRAYNAYA 90 MİLYARD AVRO YARDIM EDƏCƏK

Aİ UKRAYNAYA 90 MİLYARD AVRO YARDIM EDƏCƏK KREDİTİN HANSI HALDA GERİ QAYTARILACAĞI AÇIQLANDI

Avropa İttifaqının üzv dövlətlərinin liderləri Ukraynanın 2026-2027-ci illər üçün maliyyələşdirmə ehtiyaclarının Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək əvəzinə, 90 milyard avroluq birgə kredit vasitəsilə ödəniləcəyi barədə razılığa gəliblər. Bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Brüsseldə Aİ Liderlər Zirvəsinin sonunda mətbuat konfransı keçiriblər.Kosta bildirib ki, bu Ukraynanın təcili maliyyə ehtiyaclarını ödəyəcək və Ukrayna bu krediti yalnız Rusiya kompensasiya ödədikdən sonra geri qaytaracaq. O qeyd edib ki, Aİ liderləri Rusiyaya qarşı sanksiyaları yeniləmək barədə razılığa gəliblər və Rusiyanı danışıqlar masasına gətirməyin yeganə yolu Ukraynanı güclü saxlamaqdır. Əlavə edək ki, Macarıstan, Slovakiya və Çexiya Aİ-nin Ukrayna üçün birgə borc almasında iştirak etməyib. Almaniya Kansleri Fridrix Merts isə deyib ki, Avropa İttifaqının hələlik Rusiyanın aktivlərinin dondurulmasını ləğv etmək niyyəti yoxdur. Moskva Kiyevə kompensasiya ödəyənə qədər Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq.

Related stories

“BMW”DƏ TƏHLÜLƏKİ QÜSURYÜZ MİNLƏRLƏ MODEL GERİ ÇAĞIRILIR
World

“BMW”DƏ TƏHLÜLƏKİ QÜSURYÜZ MİNLƏRLƏ MODEL GERİ ÇAĞIRILIR

Almaniyanın nəhəng avtomobil istehsalçısı olan “BMW” konserni mühərrikin işə salınması sistemində aşkar edilən nasazlıq səbəbindən dünya üzrə 744 min 234 avtomobili geri çağırır.“Bild” qəzeti xəbər verir ki, geriçağırılma kampaniyası çərçivəsində təkcə Almaniyada təxminən 42 min 300 avtomobil yoxlanılacaq. Geriçağırılma 2020-ci il iyulun 31-dən 2026-cı ilin fevralın 26-dək olan müddətdə istehsal edilən müəyyən BMW 2, 3, […]

2 min read
MERCEDES-BENZ”Ə ABŞ-DƏ QADAĞAAVTOMOBİLİN SATIŞI DAYANA BİLƏR
World

MERCEDES-BENZ”Ə ABŞ-DƏ QADAĞAAVTOMOBİLİN SATIŞI DAYANA BİLƏR

ABŞ Senatına təqdim olunan qanun layihəsi “Mercedes-Benz”ə ciddi zərbə vura bilər.Sənəd çinli investorların 15%-dən çox paya sahib olduğu istehsalçıların avtomobillərinin ABŞ-yə idxal edilməsini, həmçinin orada istehsal olunmasını və ya satılmasını qadağan etməyi nəzərdə tutur. “Mercedes”də məhz belə bir vəziyyət yaranıb.“Mercedes” səhmlərinin təxminən 10%-i Çinin BAIC avtomobil istehsalçısına, daha 10%-ə yaxını isə çinli iş adamı Li […]

2 min read