Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.94930.00%Brent99.47$6.01%Qızıl7,305.350.00%TRY/AZN0.03490.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

AZƏRBAYCANDAN NEFT MƏHSULLARI İXRACI İKİQAT ÇOVALDI — GƏLİR 466,8 MİLYON DOLLARA ÇATDI

Biznes TV1 min read
Share
AZƏRBAYCANDAN NEFT MƏHSULLARI İXRACI İKİQAT ÇOVALDI — GƏLİR 466,8 MİLYON DOLLARA ÇATDI

Azərbaycanın neft və neft məhsulları ixracı 2026-cı ilin yanvar-avqust aylarında artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədən 466,8 milyon dollar dəyərində 617,4 min tonneft və neft məhsulları ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, həcm baxımından isə 1,4 dəfə çoxdur. Bu məhsulların ümumi ixracdakı payı 2,14 faiz təşkil edib. Ümumilikdə, yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33,2 milyard dollar olub. Bunun 21,8 milyard dolları ixracın, 11,4 milyard dolları isə idxalın payına düşüb. Nəticədə Azərbaycanın xarici ticarət balansında 10,4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə artıb.

azərbaycanneftixracdollar