Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent100.88$0.33%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Press release

“Azərsun Holdinq” “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təlim keçirib

Biznes TV1 min read
Share
“Azərsun Holdinq” “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təlim keçirib

“Azərsun Holdinq” media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müasir texnologiyaların media fəaliyyətində tətbiqi məqsədilə təlim təşkil edib. “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təşkil olunun təlim “Proxima Tech Solutions” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Təlimdə media nümayəndələri üçün süni intellekt platformalarında məzmunun görünürlüyünün artırılması, saytların effektiv idarə olunması və rəqəmsal mühitdə daha geniş auditoriyaya çatmaq üçün istifadə olunan müasir yanaşmalar barədə məlumat verilib. “Proxima Tech Solutions” mütəxəssisləri tərəfindən iştirakçılara süni zəka sistemləri üzərindən axtarışlar zamanı yazılarının ilk sırada görünməsi üçün diqqət yetirilməli əsas məqamlar izah olunub. Təlim çərçivəsində süni intellektin inkişafının rəqəmsal media mühitinə təsiri, keyfiyyətli və düzgün strukturlaşdırılmış məzmunun hazırlanmasının əhəmiyyəti, həmçinin müasir axtarış alqoritmlərinin tələbləri barədə fikir mübadiləsi aparılıb. Sonda isə təlim iştirakçılarına sertifikat təqdim olunub. Qeyd edək ki, şirkətlər qrupu tərəfindən daha əvvəl də media nümayəndələri üçün “Azərbaycan dilində mətn yaradılmasında süni intellekt alətlərindən istifadə” mövzusunda təlim keçirilib.

qlobalsuniintelektyapay zəkaazərsunholdingazərsunholdingtədbir

Related stories

ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
Press release

ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB

ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB4.7 MİLYARD DOLLARI AŞAN 32-DƏN ÇOX SƏNƏD İMZALANACAQ Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Özəl Sektor Forumu 2026: Açılış Mərasimi”ndə deyib. Nazir bildirib ki, Azərbaycan 1992-ci ildə quruma üzv olduqdan […]

2 min read
88 milyon dollarlıq ixrac – “Azərsun Holdinq” strateji hədəflərini açıqladı
Economy

88 milyon dollarlıq ixrac – “Azərsun Holdinq” strateji hədəflərini açıqladı

“Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan mövcud iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb. “Qafqazinfo” onunla müsahibəni təqdim edir: – Savaş bəy, bölgədə və dünyada baş verən böhranlar ərzaq təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirir. “Azərsun Holdinq”in bu istiqamətdəki planları ilə bağlı fikrinizi öyrənmək istəyərdik… – Bildiyiniz kimi 35 ildir Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupu olaraq ölkəmizin […]

4 min read
🌍 UTEM Logistics üçün daha bir mühüm uğur!
Press release

🌍 UTEM Logistics üçün daha bir mühüm uğur!

UTEM Logistics üçün daha bir mühüm uğur! UTEM Logistics Sp. z o.o. beynəlxalq səviyyədə tanınan ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təltif olunub. Bu sertifikat şirkətin yüksək keyfiyyət standartlarına sadiqliyini, müştəri məmnuniyyətini daim ön planda tutduğunu və bütün əməliyyat proseslərində davamlı inkişaf prinsipini rəhbər tutduğunu bir daha təsdiqləyir. UTEM Logistics fəaliyyət sahələrində peşəkarlığı və […]

1 min read
Birbilet.az: Azərbaycanda bütün tədbirlər üçün vahid onlayn bilet platforması istifadəyə verildi
Press release

Birbilet.az: Azərbaycanda bütün tədbirlər üçün vahid onlayn bilet platforması istifadəyə verildi

Konsert, teatr, konfrans, idman və festival biletləri artıq bir ünvanda. Birbilet.az istifadəçilərə sevdikləri tədbirləri kəşf etmək və biletlərini bir neçə kliklə təhlükəsiz əldə etmək imkanı təqdim edir. Azərbaycanın tədbir bazarında rəqəmsallaşmanı sürətləndirən yeni onlayn bilet platforması Birbilet.az fəaliyyətə başlayıb. Platforma konsertdən konfransa, teatrdan idman yarışlarına və festivallara qədər müxtəlif tədbirləri vahid məkanda birləşdirərək, istifadəçilərə axtarış, […]

2 min read