Bakı hava limanında əməliyyat: Cəddə reysinin sərnişinlərinin çamadanları şübhə yaratdı

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb.Dövlət Gömrük Komitəsinin məlumatına görə malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısı alınıb.Yoxlama zamanı iki şəxsə məxsus üç çamadandan gömrük orqanına bəyan edilməyən 54 ədəd "Apple" markalı saat və 15 ədəd "iPad" markalı planşet aşkar edilib.Hər iki şəxs çamadanları Bakıda təhvil vermək üçün xarici ölkənin hava limanında götürdüklərini bildiriblər. Faktla bağlı araşdırma aparılır.





