BAL SATIŞINDA ƏDV QAYDASI

Arı balının istehsalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilir. FeDaz xəbər verir ki , Dövlət Vergi Xidmətinin məlumatına görə, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır.Məsələn, mağaza istehsalçıdan arı balını 20 min manata alıb 25 min manata satırsa, 5 min manatlıq ticarət əlavəsinə 18 faiz ƏDV tətbiq olunur.Qeyd edək ki, arıların becərilməsi, arı balı və arı mumunun istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlər müəyyən müddət ərzində gəlir və mənfəət vergisindən azaddır.Həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyəyə ƏDV tətbiq edilmir.





