Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent107.65$6.36%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Banking & finance

BİR QRUP VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİKƏND TƏSƏRRÜFATI ÜÇÜN GÖTÜRÜLƏN 100 MİLYON MANAT HARA GEDİB?

Biznes TV2 min read
Share
BİR QRUP VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİKƏND TƏSƏRRÜFATI ÜÇÜN GÖTÜRÜLƏN 100 MİLYON MANAT HARA GEDİB?

Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus bank olmayan kredit təşkilatı- “Aqrarkredit”QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb.“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.

İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər Məmməd Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Onlardan bəziləri Konfederasiya prezidentinin yaxınlarıdır. Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib.Qeyd edək ki, “Aqrarkredit” QSC səhmləri tamamilə dövlətə məxsus olan maliyyə qurumudur. QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. “Aqrarkredit”in 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, QSC-dən kənarlaşdırılıb.

Related stories

“SPACE TV”NİN BANK HESABLARINA HƏBS QOYULDU İŞÇİLƏRİN MAAŞLARI NECƏ ÖDƏNİLƏCƏK?
Banking & finance

“SPACE TV”NİN BANK HESABLARINA HƏBS QOYULDU İŞÇİLƏRİN MAAŞLARI NECƏ ÖDƏNİLƏCƏK?

“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. “Qaynarinfo” xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ […]

2 min read
HESABLAMA PALATASI 160 MİLYON MANATLIQ NÖQSAN AŞKARLADI14,8 MİLYON MANATLIQ MATERİAL HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLDİ
Banking & finance

HESABLAMA PALATASI 160 MİLYON MANATLIQ NÖQSAN AŞKARLADI14,8 MİLYON MANATLIQ MATERİAL HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLDİ

2026-cı ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 160,3 milyonmanat məbləğində nöqsan aşkarlanıb. Qurumun açıqladığı altı aylıq fəaliyyət nəticələrinə görə, aşkar edilən nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manat təşkil edib.Nəzarət tədbirləri təhsil, […]

1 min read