Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97630.00%Brent99.24$1.35%Qızıl7,541.610.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Business

Bolt Azərbaycan və INSUN Yaşam Mərkəzi Mental Sağlamlıq Üçün Əhəmiyyətli Əməkdaşlığa İmza Atdı

Biznes TV2 min read
Share
Bolt Azərbaycan və INSUN Yaşam Mərkəzi Mental Sağlamlıq Üçün Əhəmiyyətli Əməkdaşlığa İmza Atdı
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Bolt Azərbaycan, əməkdaşlarının mental sağlamlığını qorumaq və dəstəkləmək məqsədilə INSUN Yaşam Mərkəzi ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Bolt Azərbaycan əməkdaşlarının iş həyatında qarşılaşdıqları stressin idarə edilməsi, daxili balansın qorunması və psixoloji rifahın təmin olunması üzrə peşəkar dəstək göstəriləcək.

Bu barədə Biznes TV INSUN.az-a istinadən xəbər verir.

İş mühitində stress və digər psixoloji çətinliklərin əməkdaşların performansına təsir etdiyini nəzərə alan Bolt Azərbaycan, əməkdaşlarının həm iş, həm də şəxsi həyatlarında daha sağlam və balanslı bir mühit yaratmağı əsas dəyərlərindən biri hesab edir. INSUN Yaşam Mərkəzinin peşəkar komandası bu istiqamətdə fərdi və qrup terapiyaları, kouçinq sessiyaları və digər psixoloji dəstək xidmətləri təqdim edəcək.

Bolt Azərbaycan bu əməkdaşlıqla işçilərinin rifahını prioritet olaraq vurğulayan bir şirkət olduğunu bir daha sübut edir. Şirkət, əməkdaşlarının yalnız peşəkar fəaliyyətlərini deyil, eyni zamanda emosional və mental sağlamlıqlarını da gücləndirməyə yönəlmiş addımlar atmağa davam edir.

INSUN Yaşam Mərkəzi və Bolt Azərbaycanın ortaq hədəfi:

  • Əməkdaşların emosional gücünü artırmaq;
  • Stress və digər çətinlikləri effektiv idarə etməyə dəstək olmaq;
  • İş həyatında balansın və daxili rahatlığın təmin olunmasına şərait yaratmaqdır.

Bu əməkdaşlıq, əməkdaşların rifahına edilən böyük bir investisiya olmaqla yanaşı, mental sağlamlığın əhəmiyyətini bir daha vurğulayır və bu sahədə fərqindəliyi artırır.

Related stories

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR
Business

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏRİKİ NƏFƏR HƏBSDƏN AZAD EDİLDİ İş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aralarında məşhur şəxslərin də olduğu 5 nəfər mühakimə edilib. Onlardan yalnız iki nəfəri həbsdə idi. Dəstə […]

2 min read
TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ
Business

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİONKOLOGİYA MƏRKƏZİ 35 MİLYON MANATI NƏYƏ XƏRCLƏYƏCƏK? Milli Onkologiya Mərkəzi açıq tender elan edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 35 milyon 486 min 417 manat təşkil edir.Müvafiq sənədə əsasən, satınalma çərçivəsində kimyəvi dərman preparatları, laborator müayinələrdə və tibbi testlərdə istifadə olunan xüsusi kimyəvi maddə yəni laborator reagentlər, sərf […]

1 min read
İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?
Business

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?AZƏRBAYCANDA YENİ CƏRİMƏLƏR MÜƏYYƏNLƏŞDİ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.Yeni dəyişikliklərə əsasən, bir sıra sahələrdə cərimələr müəyyənləşdirilib və bəzi inzibati məsuliyyət tədbirləri yenilənib.Belə ki, tibbi müayinə rəyinə əsasən narkoloji xəstə olan şəxsin qanunvericiliklə fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə və vəzifələrə işə qəbul edilməsinə və ya həmin şəxslə əmək münasibətlərinin […]

2 min read
KAFE VƏ RESTORANLARDA POZUNTU
Business

KAFE VƏ RESTORANLARDA POZUNTU

KAFE VƏ RESTORANLARDA POZUNTUƏHALİYƏ AT ƏTİ VERİLİRMİŞ İctimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 müəssisədə baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində deyib.Onun sözlərinə görə 500 kiloqrama […]

1 min read