BÜDCƏ GƏLİRLƏRİ AÇIQLANDI

2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat olub.Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici proqnozdan 780,2 milyon manat və ya 3 faiz çoxdur.Dövlət büdcəsinə vergi daxilolmaları 12 milyard 619,1 milyon manat, gömrük daxilolmaları isə 4 milyard 326,9 milyon manat olub. Dövlət Neft Fondundan büdcəyə 8 milyard 559 milyon manat transfert edilib. Hesabat dövründə dövlət büdcəsinin xərcləri 22 milyard 770,6 milyon manat olub. Yanvar-avqust aylarında icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri isə 26 milyard 967,5 milyon manat təşkil edib.Bu müddətdə xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı icra olunub.





