ENERJİ PASPORTU KİMLƏRƏ AİD DEYİL?

2027-ci ildən etibarən Azərbaycanda yeni tikilən və əsaslı təmir olunan binaların enerji səmərəliliyi üzrə sertifikatlaşdırılması məcburi olacaq. Tarixi abidələr, mürəkkəb tikililər və fərdi yaşayış evləri isə bu tələbdən azad ediləcək.Energetika Nazirliyinin şöbə müdiri Cahid Mikayılovun sözlərinə görə, hazırda binaların enerji pasportlaşdırılması üçün xüsusi elektron sistem hazırlanır. Layihəçilər binanın parametri barədə məlumatları sistemə daxil edəcək, proqram isə illik enerji istehlakını avtomatik hesablayaraq binaya enerji sinfi təyin edəcək.Rəqəmsal sistemin hazırlanması oktyabr ayında yekunlaşacaq. Qaydalar ilkin mərhələdə sadə formada tətbiq olunacaq və tələblər tədricən artırılacaq.





