Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent107.01$5.73%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Banking & finance

FERMERLƏRƏ YENİ GÜZƏŞT

Biznes TV2 min read
Share
FERMERLƏRƏ YENİ GÜZƏŞT

FERMERLƏRƏ YENİ GÜZƏŞT BİRİLLİK ƏKİN APARANLARIN KREDİT FAİZİNİ DÖVLƏT ÖDƏYƏCƏK

Azərbaycanda birillik əkin aparan fermerlər üçün yeni güzəştli maliyyələşdirmə mexanizmi tətbiq ediləcək. Belə ki, əkin məqsədilə götürülən kreditlər üzrə illik faiz dərəcəsinin 19 %-ə qədər olan hissəsi dövlət büdcəsi hesabına maliyyələşdiriləcək və fermerlər kredit müddətinin sonunda yalnız əsas borcu geri ödəyəcəklər. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə əsas məqsəd kredit faizlərini dövlətin qarşılaması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir.Güzəştli kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər -buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s., həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.Yeni mexanizm çərçivəsində kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, eləcə də aqrotexniki xidmətlərdən istifadə məqsədilə müddəti 1 ili keçməyən kreditlər üzrə hesablanan faizləri Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Bu isə o deməkdir ki, fermerlər kreditin yalnız əsas məbləğini banka qaytaracaqlar.

fermerxəbərlər

Related stories

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK
Banking & finance

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK“VALYUTA TƏNZİMİ HAQQINDA” QANUNA DƏYİŞİKLİK EDİLDİ Qeyri-rezidentlərin Azərbaycana qoyduqları investisiyalardan əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranan əlavə dəyərin repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək. “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən köçürmə zamanı vəsaitin əvvəllər Azərbaycana gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim […]

1 min read
MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDU
Banking & finance

MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDU

MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDUDÖRD BANKA 73 MİLYON MANAT YERLƏŞDİRİLİB Maliyyə Nazirliyi 8 aylıq fasilədən sonra depozit hərraclarını yenidən bərpa edib. Nazirlikdən verilən məlumata görə dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib. Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 […]

1 min read
EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?
Banking & finance

EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?

EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?RUSİYADAKI 56 ŞİRKƏTİN GƏLİRLƏRİ AÇIQLANDI Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarovun Rusiyada təsisçi kimi pay sahibi olduğu şirkətlərin 2025-ci il üzrə maliyyə göstəriciləri məlum olub. Yeniavaz.com-un Rusiyanın rəsmi qurumlarına istinadən yaydığı məlumata görə, hazırda Emin Ağalarovun Rusiyada 56 şirkətdə payı var. Bu şirkətlərin 2025-ci ildə əldə etdiyi […]

2 min read
FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMA
Banking & finance

FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMA

FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMABOKT-LAR YALNIZ ÜÇ İSLAM MALİYYƏSİ MƏHSULU TƏQDİM EDƏCƏK Azərbaycan Mərkəzi Bankı ölkədə islam bankçılığı sisteminin tətbiqi ilə bağlı hazırlıq işlərini davam etdirir. Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadənin sözlərinə görə, bunun üçün bir sıra qanunlara dəyişiklik layihələri hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub.İlk mərhələdə sistem “islam pəncərəsi” modeli ilə fəaliyyət göstərəcək. […]

2 min read