Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent108.78$7.48%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

HƏR TON ÜÇÜN 1 MANAT

Biznes TV1 min read
Share
HƏR TON ÜÇÜN 1 MANAT

HƏR TON ÜÇÜN 1 MANAT BENZİN VƏ DİZELƏ MÜVƏQQƏTİ VERGİ ENDİRİMİ TƏTBİQ OLUNDU

Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri ndə dəyişiklik edilib. APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, 1 may 2026-cı ildən 31 mart 2027-ci ilədək idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üçün aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat müəyyənləşdirilib.Bundan əlavə, həmin dövrdə idxal edilən bu yanacaq növlərinə gömrük rüsumu da 0% tətbiq olunacaq. Qərara görə, güzəştli şərtlər maksimum 205 min ton benzin və 201 min ton dizel yanacağına şamil ediləcək.Məlumata görə, dəyişiklik daxili yanacaq bazarında sabitliyin qorunması və fasiləsiz təchizatın təmin edilməsi məqsədi ilə qəbul olunub.

benzindizeliqtisadiyyatqlobalxəbərlər

Related stories

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
Economy

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 min read
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Economy

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 min read
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
Economy

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 min read