Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97630.00%Brent99.24$1.35%Qızıl7,541.610.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Business

“İmprotex İndustries”-in “Revival” minatəmizləyən texnikaları xarici bazarlarda böyük maraqla qarşılanır

Biznes TV2 min read
Share
“İmprotex İndustries”-in “Revival” minatəmizləyən texnikaları xarici bazarlarda böyük maraqla qarşılanır
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycanda fəaliyyət göstərən “İmprotex Industries” zavodunun istehsal etdiyi “Revival” mexaniki minatəmizləyən texnikalar xarici bazarlarda böyük maraqla qarşılanır. Bu marağın nəticəsi olaraq, Səudiyyə Ərəbistan Krallığının Müdafiə Nazirliyi 13-15 yanvar 2025-ci il tarixlərində Azərbaycana işgüzar səfər təşkil edib. Səfər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Səfər çərçivəsində “İmprotex” Şirkətlər Qrupunun təmsilçiləri ilə keçirilən görüşlərdə “Revival” texnikalarının Səudiyyə Ərəbistana ixracı və minatəmizləmə sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəsmiləri ilə görüşlər keçirərək Qarabağda “Revival” texnikalarının əməliyyat şəraitində sınaq prosesini izləyiblər. Texnikaların effektivliyi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Səfər zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində də görüşlər keçirilib. Bu görüşlərdə iki ölkə arasında hərbi və iqtisadi sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanın müdafiə sənayesi məhsullarının Səudiyyə Ərəbistan bazarına çıxışı müzakirə olunub.

Nümayəndə heyətinə “Improtex Industries” zavodunun tam yerli istehsalı olan İTX 6L, İTX 15M və İTX 20H model zirehli hərbi avtomobillərinin prototipləri də təqdim edilib.

Bu səfər Azərbaycan və Səudiyyə Ərəbistan Krallığı arasında müdafiə, iqtisadiyyat və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Related stories

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR
Business

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏRİKİ NƏFƏR HƏBSDƏN AZAD EDİLDİ İş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aralarında məşhur şəxslərin də olduğu 5 nəfər mühakimə edilib. Onlardan yalnız iki nəfəri həbsdə idi. Dəstə […]

2 min read
TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ
Business

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİONKOLOGİYA MƏRKƏZİ 35 MİLYON MANATI NƏYƏ XƏRCLƏYƏCƏK? Milli Onkologiya Mərkəzi açıq tender elan edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 35 milyon 486 min 417 manat təşkil edir.Müvafiq sənədə əsasən, satınalma çərçivəsində kimyəvi dərman preparatları, laborator müayinələrdə və tibbi testlərdə istifadə olunan xüsusi kimyəvi maddə yəni laborator reagentlər, sərf […]

1 min read
İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?
Business

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?AZƏRBAYCANDA YENİ CƏRİMƏLƏR MÜƏYYƏNLƏŞDİ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.Yeni dəyişikliklərə əsasən, bir sıra sahələrdə cərimələr müəyyənləşdirilib və bəzi inzibati məsuliyyət tədbirləri yenilənib.Belə ki, tibbi müayinə rəyinə əsasən narkoloji xəstə olan şəxsin qanunvericiliklə fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə və vəzifələrə işə qəbul edilməsinə və ya həmin şəxslə əmək münasibətlərinin […]

2 min read
KAFE VƏ RESTORANLARDA POZUNTU
Business

KAFE VƏ RESTORANLARDA POZUNTU

KAFE VƏ RESTORANLARDA POZUNTUƏHALİYƏ AT ƏTİ VERİLİRMİŞ İctimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 müəssisədə baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində deyib.Onun sözlərinə görə 500 kiloqrama […]

1 min read