Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.81$2.62%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Technology

İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR

Biznes TV2 min read
Share
İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR

Yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. ABŞ-nin “SpaceX” şirkətinin qurucusu İlon Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib.”İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o bildirib.Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə nikbin yanaşmağa üstünlük verdiyini bildirib. Milyarder sahibkar hesab edir ki, təxminən 10 il ərzində robotlar və süni intellekt həm fiziki, həm də zehni əmək tələb edən işlərin böyük hissəsini öz üzərinə götürəcək və insanların işləməsi “könüllü seçimə” çevriləcək.

Onun fikrincə, bu proses nəticəsində dünyada “misilsiz bolluq” yaranacaq və pul əvvəlki əhəmiyyətini itirəcək. Mask hökumətlərin vətəndaşlara sadəcə maliyyə ödənişləri etməsinin kifayət edəcəyini, çünki maşınların istehsal etdiyi sonsuz məhsul və xidmət bolluğu fonunda inflyasiyadan daha çox deflyasiya riskinin yaranacağını bildirib.

Mask süni intellekt sahəsində təhlükəsizlik məsələlərinin beynəlxalq əməkdaşlıq tələb etdiyini də vurğulayıb. O, ABŞ və Çin daxil olmaqla aparıcı süni intellekt şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini yoxlamasını və aşkar edilən riskləri hökumətlərlə bölüşməsini təklif edib.O, bu məqsədlə uzun müddətdir məhkəmə çəkişməsində olduğu OpenAI-ın rəhbəri Sem Altmanla da əməkdaşlığa hazır olduğunu bildirib.

amerikaelonmaskrobotsuni

Related stories

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ
Technology

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ

İlon Maskın Neuralink şirkəti beyinə yerləşdirilmiş çip vasitəsilə düşüncə ilə idarə olunan əlil arabası yaradıb.İmplant hərəkət istiqaməti ilə bağlı siqnalları oxuyur və onları virtual coystik üçün əmrlərə çevirir. Bunun sayəsində tamamilə iflic olan insanlar tərpənmədən arabaya nəzarət edə bilirlər.Bənzər çiplərə sahib olan pasiyentlər, həmçinin düşüncə ilə kompyuterlərdə işləmək, hətta təyyarələri və robotları idarə etmək qabiliyyətinə […]

1 min read
“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI
Technology

“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI

“Tesla” 2026-cı ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Marja .az xəbər verir ki,Şirkətin gəliri analitiklərin proqnozunu üstələsə də, mənfəəti gözləniləndən aşağı olub. Nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.İkinci rübdə “Tesla”nın gəliri 28,24 milyard dollar olub. Bu, proqnozlaşdırılan 25,71 milyard dollardan yüksəkdir. Lakin bir səhmə düşən düzəliş edilən mənfəət gözlənilən 51 sent əvəzinə 33 sent təşkil […]

2 min read
DÜNYANIN İNSANABƏNZƏYƏN İLK ROBOTU
Technology

DÜNYANIN İNSANABƏNZƏYƏN İLK ROBOTU

DÜNYANIN İNSANABƏNZƏYƏN İLK ROBOTU“MOYA”NI ALMAQ 173 MİN DOLLARA BAŞA GƏLƏCƏK Şanxayda robototexnika şirkəti DroidUp dünyanın ilk “biomimetik süni intellekt robotu”nu təqdim edib. Moya adlı robotun insana ən çox bənzəyən və süni intellektlə işləyən robot olduğu bildirilir. 1,65 metr hündürlüyə və təxminən 32 kiloqram çəkiyə malik Moya, yetkin insan bədən proporsiyalarına yaxın şəkildə dizayn edilib. DroidUp […]

2 min read
“HYUNDAI” ZAVODUNDA ETİRAZ
Technology

“HYUNDAI” ZAVODUNDA ETİRAZ

“HYUNDAI” ZAVODUNDA ETİRAZİŞÇİLƏR ROBOTLARA “YOX” DEDİ Cənubi Koreyanın “Hyundai Motor” şirkətinin həmkarlar ittifaqı əməkdaşların razılığı olmadan humanoid robotların istehsalatda istifadəsinə qarşı çıxıb.“İşçilər və rəhbərlik arasında razılaşma olmadan heç bir humanoid robot istehsal xətlərinə buraxılmayacaq”, – deyə təşkilatdan bildirilib. Həmkarlar ittifaqı, Las-Veqasda keçirilən CES 2026 sərgisində təqdim olunan “Atlas” robotunun işçilərin iş imkanlarına təsir edə biləcəyindən […]

1 min read