Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent108.29$0.61%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

QADINLARIN PENSİYA YAŞI 65 OLDU

Biznes TV2 min read
Share
QADINLARIN PENSİYA YAŞI 65 OLDU

QADINLARIN PENSİYA YAŞI 65 OLDU DƏYİŞİKLİK QÜVVƏYƏ MİNDİ

1 iyul 2026-cı ildən etibarən Azərbaycanda qadınların pensiya yaşı 65 olub və kişilərin pensiya yaşı ilə bərabərləşib.

Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb. Nəticədə, qadınlar da 65 yaşında yaşa görə əmək pensiyası almaq hüququ qazanırlar.Qanuna əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı minimum əmək pensiyasından az olmayan pensiya təminatına imkan verirsə, ona sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası təyin edilir. Bu təminat mümkün olmadıqda isə, şəxsin azı 25 il sığorta stajı olmalıdır. 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisnadır.Hazırda Azərbaycanda minimum əmək pensiyasının məbləği 320 manatdır. Yaşa görə əmək pensiyası ömürlük təyin olunur.

iqtisadiyyatpensiyaqadınxəbərlər

Related stories

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Economy

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 min read
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
Economy

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 min read
QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
Economy

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 min read