SƏNƏDSİZ EVLƏRLƏ BAĞLI XƏBƏRDARLIQ

Azərbaycanda son 10 ildə 100 mindən çox fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması mümkün olub. Bundan başqa, 55 mindən çox mənzilə mülkiyyət sənədi verilib. Marja.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, sənədsiz evlər əsasən iki qrupa bölünür: müəyyən sənədləri olsa da hüquqi əsası olmayan evlər və ümumiyyətlə sənədi olmayan tikililər.Qeyd olunub ki, kənd təsərrüfatı, meşə və su fondu torpaqlarında, həmçinin kollektor, qaz, neft və yüksək gərginlikli elektrik xətlərinin üzərində və mühafizə zonalarında tikilən evlər sənədləşdirilə bilməz.Dövlət Xidməti isə hüquqmüəyyənedici sənəd olmadan evə çıxarış vermək səlahiyyətinə malik deyil.





