ŞİRKƏTDƏ ÇATIŞMAZLIQLAR AŞKARLANDI

ŞİRKƏTDƏ ÇATIŞMAZLIQLAR AŞKARLANDI MƏRKƏZİ BANK AZERCELL-İN “AKART”INI CƏZALANDIRDI
Azərbaycan Mərkəzi Bankı “ Azercell-in “akart”ını idarə edən “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə məcburi göstərişlər verib. Qurum şirkətdə bəzi çatışmazlıqlar aşkar edib. Bu çatışmazlıqlar çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələri ilə bağlıdır. Mərkəzi Bank şirkətdən bu problemlərin aradan qaldırılmasını tələb edib.





