Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent107.88$6.59%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
World

TURİSTLƏR ÜÇÜN YENİ QAYDA

Biznes TV1 min read
Share
TURİSTLƏR ÜÇÜN YENİ QAYDA

TURİSTLƏR ÜÇÜN YENİ QAYDA “SEVGİ FƏVVARƏSİ”NƏ GİRİŞ PULLU OLDU

Fevralın 1-dən etibarən Romanın simvollarından biri olan Trevi fəvvarəsinə giriş turistlər üçün 2 avro olacaq. Roma sakinləri isə məkana pulsuz daxil ola biləcəklər. Yeni qayda Trevi fəvvarəsi ilə yanaşı, daha beş məşhur muzey və tarixi məkana da şamil ediləcək. Roma Bələdiyyəsi bununla ildə təxminən 6,5 milyon avro gəlir əldə etməyi planlaşdırır.Qeyd edək ki, Trevi fəvvarəsini son bir ildə 9 milyona yaxın turist ziyarət edib. XVIII əsrdə memar Nikola Salvi tərəfindən barokko üslubunda inşa edilən və “Sevgi fəvvarəsi” kimi tanınan Trevi fəvvarəsi bir çox məşhur filmlərə ev sahibliyi edib.