Xəzərdə yeni enerji layihələri: Azərbaycan və Çin əməkdaşlığı daha da gücləndirir

Energetika naziri Pərviz Şahbazov Çinin Milli Dəniz Neft Korporasiyasının Müşahidə Şurasının sədri Zhang Chuanjiang ilə görüşüb.Marja az xəbər verir ki,Görüşdə Azərbaycan və Çin arasında enerji sahəsində əməkdaşlığın inkişafı və yeni birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Korporasiya Azərbaycanda enerji layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirib. Tərəflər neft-qaz və “yaşıl” enerji, o cümlədən Xəzərdə mümkün layihələr barədə fikir mübadiləsi aparıblar.Həmçinin iki şirkət arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd birgə neft-qaz layihələrinin həyata keçirilməsini, texnologiya, avadanlıq, mühəndislik və texniki xidmət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.





