NAZİR: “BİZNES MÜHİTİ BUNA HAZIRDIR”
ERMƏNİSTAN AZƏRBAYCANLA QURU SƏRHƏDİN AÇILMASINI TƏKLİF EDİR
Ermənistan Azərbaycanla iki ölkə sərhədində quru yükdaşımalarının həyata keçirilməsini təklif edir. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib. Mənim fikrimcə, hazırda Ermənistan və Azərbaycan arasında quru sərhədin açılması üçün çox yaxşı vaxtdır. Belə ki, Ermənistan sərhədinə qədər dəmir yolu ilə gətirilən yüklər multimodal üsulla yük maşınlarına yüklənərək Ermənistan–Azərbaycan quru sərhədindən daşına bilər. Düşünürəm ki, Ermənistanda və Azərbaycanda buna mane ola biləcək şərait yoxdur. Mənim təəssüratım belədir ki, biznes mühiti də buna hazırdır-DEYƏ nazir bildirib.




