“F-35” VƏ “PATRİOT”LARIN İSTEHSALI TƏHLÜKƏDƏ
ÇİN NADİR METALLARIN İXRACINI DAYANDIRDI
Çin ABŞ-yə ixrac edilən səkkiz növ nadir metal üzrə məhdudiyyətlər tətbiq edib. Bildirilir ki, son günlər ABŞ şirkətləri Çindən bu xammalın idxalı zamanı müəyyən çətinliklərlə üzləşiblər. Bu barədə “The Washington Post” məlumat yayıb. Bu metalların bir çoxu F35, Patriot və THAAD və Tomahavk sistemlərinin istehsalında istifadə edilir. Qeyd edək ki, ABŞ-nin hazırda mövcud ehtiyatı 2 aylıq qalıb. Analitiklər bu addımın Pekinin İrana ciddi dəstək olduğunu və ABŞ hərbi sənayesinə təzyiqləri artırdığını qeyd edirlər. Eyni zamanda bu addım Çin-ABŞ sammiti öncəsi Pekinin təzyiq gedişidir.




