FERMERLƏR HEYVANDARLIQDAN UZAQLAŞIR
MAL-QARANIN SAYI AZALIB
FERMERLƏR HEYVANDARLIQDAN UZAQLAŞIR
Azərbaycanda ötən illə müqayisədə mal-qaranın sayı azalıb. Belə ki, 2025-ci ilin oktyabr ayının məlumatına əsasən 2024-cü ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 50 min 500 baş azalıb, 2 milyon 438 min baş təşkil edib. Xırdabuynuzlu heyvanların da sayında azalma müşahidə edilib. Ekspertlər isə azalmanı müxtəlif səbəblərlə əlaqələndirir. Səbəblər arasında heyvanların erkən kəsimi, fermerlərin heyvandarlığa marağının azalması, örüş sahələrinin çatışmazlığı və s. göstərilir.




