“FIFA 2026”DA PUL YAĞIŞI
MÜKAFAT FONDU 727 MİLYON DOLLAR OLACAQ
FIFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komanda arasında bölünəcək ki, bu da əvvəlki mundialla müqayisədə təxminən 50 faiz çoxdur. Mükafatların bölgüsü belədir.
1-ci yer – 50 milyon dollar
2-ci yer – 33 milyon dollar
3-cü yer – 29 milyon dollar
4-cü yer – 27 milyon dollar
5–8-ci yerlər – 19 milyon dollar
9–16-cı yerlər – 15 milyon dollar
17–32-ci yerlər – 11 milyon dollar
33–48-ci yerlər – 9 milyon dollar
Bundan əlavə, final mərhələsinə vəsiqə qazanan hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq. Beləliklə, mundialın bütün iştirakçıları minimum 10,5 milyon dollar gəlir əldə edəcəyi dəqiqləşib.




