“FORMULA 1” TARİXİNİN ƏN VARLILARI AÇIQLANDI
ƏFSANƏVİ PİLOT 790 MİLYONLUQ SƏRVƏTİ İLƏ ZİRVƏDƏDİR
“Formula 1” tarixinin ən zəngin pilotu müəyyənləşib. Siyahını “GQ Sports” nəşri açıqlayıb. Siyahıya Mixael Şumaxer başçılıq edir. 56 yaşlı almaniyalı əfsanəvi pilotun sərvəti 790 milyon dollar olaraq qiymətləndirilib. İkinci pillədə Lyuis Hamilton yer alıb — 304 milyon dollar. Üçüncü sırada isə Fernando Alonso qərarlaşıb — 264 milyon dollar. Qeyd edək ki, Mixael Şumaxer və Lyuis Hamilton “Formula 1” tarixində yeddiqat dünya çempionu olan pilotlardır. İlk 5-likdə həmçinin: Kimi Räikkönen — 254 milyon dollar, Niki Lauda — 203 milyon dollar yer alıb. Siyahı “Formula 1”in təkcə idman deyil, həm də böyük maliyyə dünyası olduğunu bir daha göstərir.




