GENERALIN OĞLU HƏBS EDİLDİ
GENERALIN OĞLU HƏBS EDİLDİ
FƏRİD USUBOVU HANSI CƏZA GÖZLƏYİR?
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov həbs edilib. Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib. Ona qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə,aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham verilib.Hazırda zəruri istintaq tədbirləri icra olunur. Qeyd edək ki, Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini general-leytenant Cəbrayıl Usubovun oğludur.




