«GƏTİR» STARTAPI «UBER»Ə SATILDIYEMƏK DAŞIMAQLA MİLYARD QAZANDILAR
Yemək çatdırılması biznesində böyük müqavilə bağlanılıb. «Uber» sərnişin daşıma və çatdırma şirkəti Türkiyənin məşhur çatdırma startapı Getirin qida bölümünü – “Getir Food”-u almaq üçün razılığa gəlib. Hazırda Getir-in əsas səhmdarı BƏƏ-nin böyük investisiya fondu Mubadaladır. «Getir Food»un satışı Abu Dabinin 330 milyard dollarlıq fondu olan «Mubadala»nın Türkiyədən çıxmasında daha bir addım olacaq. Hələlik satış qiyməti açıqlanmır, çünki Türkiyə hökumətinin razılığı olmasa alqı-satqı baş tutmayacaq.Xatırladaq ki, keçən ay Mubadala, Getir-in avtomobil icarəsi bölməsi Getir Araçı “Tiktak”a satıb.Uber isə mayda “Trendyol GO”nun 85%-ni 700 milyon dollara almağa razılıq verib.




