Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
March 27, 2026
“APPLE MAC PRO” İSTEHSALI DAYANDI
March 27, 2026
“İKİNCİ ƏL” AVTOMOBİLLƏR QİYMƏTİ KƏSKİN ARTIB
March 27, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/İqtisadiyyat/“Gömrük-Biznes Forumu 2023” keçirilib
İqtisadiyyatXəbərlər

“Gömrük-Biznes Forumu 2023” keçirilib

December 17, 2024

“Gömrük-Biznes Forumu 2024” keçirilib

Bu gün “Gülüstan” sarayında Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və “bp” şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2024” keçirilib.

Forumun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, həyata keçirilmiş və gələcək layihələrin özəl sektor və digər maraqlı tərəflərlə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.

Forumda dövlət və özəl sektor nümayəndələri, ictimaiyyət, gömrük işinin təşkili sahəsində ixtisaslaşmış elm adamları, ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər.

Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən 2025-ci ildən etibarən tətbiqinə başlanacaq bir sıra layihələrin təqdimatı keçirilib. Onlar arasında “Rəqəmsal Gömrük Dəyəri”, “İkipilləli Buraxılış Sistemi” və “İlkin Məlumatlandırma Sistemi” xüsusi diqqət çəkib. Bu layihələr beynəlxalq təcrübəyə və süni intellekt texnologiyalarına əsaslanaraq gömrük dəyərinin daha dəqiq və dürüst müəyyənləşdirilməsini, saxlanma xərclərinin azaldılmasını, proseslərin çevikliyini və sərhədkeçmə prosedurlarının sürətlənməsini təmin edəcək.

Forum çərçivəsində Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “FoodCity Aqrokompleks”ə SİO sertifikatları təqdim olunub.

Tədbir panel müzakirələrlə davam edib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: APA-Economics

Əvvəlki yazı

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Növbəti yazı

SİMA “XalqOnline” mobil və internet bankçılıq sisteminə inteqrasiya olunub

Related Posts

İqtisadiyyat
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
Biznes TV
By Biznes TV
Digər
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
Biznes TV
By Biznes TV
Digər
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
Biznes TV
By Biznes TV
İqtisadiyyat
DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV