GÖMRÜK KOMİTƏSİNDƏ ƏMƏLİYYAT
GÖMRÜK KOMİTƏSİNDƏ ƏMƏLİYYAT
7 NƏFƏR HƏBS OLUNDU, XALQ ŞAİRİNİN OĞLU İRANA QAÇDI
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Dövlət Gömrük Komitəsində əməliyyat keçirilib. Lent.az-ın məlumatına görə, əməliyyat nəticəsində komitənin 7 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.Onlardan ikisi – Tahir Tahiri və Əvəz adlı gömrük işçilərinin məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir.Bakupost.az saytı yazıb ki, DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahiri xalq şairi Söhrab Tahirin oğludur.




