Hacıqabulda əmək yarmarkası keçirilib
Hacıqabul şəhərində Heydər Əliyev Mərkəzində Şirvan-Salyan Regional Məşğulluq Filialının dəstəyi ilə əmək yarmarkası təşkil olunub.
“Report“un Aran bürosunun məlumatına əsasən, tədbir Şirvan-Salyan Regional Məşğulluq Filialına daxil olan Hacıqabul rayonundakı 11 işəgötürənlə birgə keçirilib.
İşəgötürənlər tərəfindən ümumilikdə 107 boş iş yeri (350-1000 manat əməkhaqqı aralığında) təqdim edilib. Filial vakansiyaların tələblərini nəzərdən keçirib və işsiz, işaxtaran kimi qeydiyyatda olan 200 vətəndaşı tədbirə cəlb edib.
Tədbirdə işəgötürənlər müraciət edən şəxslərin CV-lərini qəbul edərək, uyğun namizədləri növbəti mərhələyə dəvət ediblər. Bu əmək yarmarkası işsiz şəxslər üçün yeni iş imkanları və işəgötürənlərlə birbaşa əlaqə qurmaq baxımından əhəmiyyətli bir platforma olub.







