HƏR DƏQİQƏSİ 1 MİLYON DOLLAR ZƏRƏR
DUBAY AEROPORTU FƏALİYYƏTİNİ DAYANDIRDI
Regiondakı yeni raket atışları və təhlükəsizlik riskləri səbəbindən Dubay Beynəlxalq Hava Limanı təyyarələrin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.Bu barədə “Dubai Media Office” “X” sosial şəbəkəsində məlumat yayıb.Bildirilib ki, məqsəd sərnişinlərin, hava limanı personalının və aviaşirkət heyətlərinin təhlükəsizliyini təmin etməkdir. Hava limanının fəaliyyətinin bərpa olunma vaxtı hələlik dəqiqləşdirilməyib.Qeyd edək ki, Dubay aeroportunun fəaliyyətindəki fasilələr səbəbindən Birləşmiş Ərəb Əmirlərinə hər dəqiqə təxminən 1 milyon dollar zərər dəyir.




