HƏR ÜÇ ŞİRKƏTDƏN BİRİ BAĞLANIB
HƏR ÜÇ ŞİRKƏTDƏN BİRİ BAĞLANIB
AZƏRBAYCANDA 70 MİNƏ YAXIN ŞİRKƏT FƏALİYYƏTİNİ DAYANDIRIB
2026-cı il fevralın 1-nə Azərbaycanda 205 min 104 şirkət qeydiyyatda olub. Onların 136 min 808-i fəaliyyət göstərir, 68 min 296-sı isə fəaliyyətini dayandırıb.Dövlət Vergi Xidmətinin məlumatına görə, ümumi vergi ödəyicilərinin sayı 1 milyon 682 min 901-dir. Bunun 86,8%-i fiziki şəxslər, 13,2%-i hüquqi şəxslərdir. Son bir ildə vergi ödəyicilərinin sayı 4,9% artıb. 2026-cı ilin yanvarında 1050 yeni şirkət qeydiyyatdan keçib. Onların təxminən 90%-i yerli investisiyalıdır, 87%-i elektron qaydada qeydiyyata alınıb. Qeydiyyatda olan şirkətlərin 92%-dən çoxu MMC-dir.




