HEYVANLARIN SAYINDA AZALMA OLUB
HEYVANDARLIQ MƏHSULLARININ İSTEHSALI İSƏ ARTIB
2025-ci ildə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 435 min 536 baş təşkil edib. “Yeni Avaz” rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 1,2 faiz azdır. Heyvandarlıq məhsullarının istehsalına gəldikdə, 2025-ci ildə diri çəkidə ət istehsalı 2024-cü illə müqayisədə dəyişməyib. Süd,yumurta istehsalı artıb,yun istehsalı isə azalıb.Kənd təsərrüfatı müəssisələri üzrə quşların sayında da artım olub. Yumurtlayan toyuqların sayı isə son bir ildə 0,8 faiz azalıb.




