TEXNİKİ NASAZLIQ FACİƏYƏ SƏBƏB OLDU
“HYUNDAI” 69 MİN AVTOMOBİLİ GERİ ÇAĞIRIR
Cənubi Koreyanın “Hyundai Motor” şirkəti ABŞ və Kanadada 69 mindən çox üçcərgəli SUV avtomobili geri çağırır. Oxu.Az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ikinci və üçüncü sıra oturacaqların insan və ya əşya ilə təmas zamanı qatlanmasının qarşısını almalı olan sistemdə aşkarlanan nasazlıqdır. Şirkət ABŞ-də bu modelin satışlarını dayandırıb. Məlumata görə, elektriklə tənzimlənən arxa oturacaqlarla bağlı sərnişinlərin sıxışdırılması halları qeydə alınıb. Bu hadisələrdən biri azyaşlı uşağın ölümü ilə nəticələnib.
Qeyd olunur ki, son bir neçə ayda şirkətə oturacaqlarla bağlı ümumilikdə 17 şikayət daxil olub.




